Ağcabədidə toyda kütləvi zəhərlənmə olub
Gündəm / Sosial
10-07-2023, 10:10

Ağcabədidə toyda kütləvi zəhərlənmə olub.
Rəncbərlər kəndində yerləşən toy mərasimində 34 nəfər, o cümlədən 16 yetkinlik yaşına çatmayan şəxs qidadan zəhərlənib.
Onlar xəstəxanaya yerləşdirilib.
Zəhərlənən şəxslərin bir çoxuna ilkin tibbi yardım göstərilib və evə buraxılıb.