“Threads” 5 günə 100 milyon istifadəçi topladı

Gündəm / Sosial
10-07-2023, 14:37
“Threads” 5 günə 100 milyon istifadəçi topladı

"Meta” korporasiyasının Tviter analoqu olan "Threads” tətbiqinin istifadəçilərinin sayı artıb.

Yeni tətbiqin istifadəçilərinin sayı 5 gün ərzində 100 milyon nəfərə çatıb.

"Meta”nın baş direktoru Mark Zukerberq "Threads”in iyulun 5-də istifadəyə verilməsindən sonra ilk dörd saat ərzində 5 milyon istifadəçi cəlb etdiyini açıqlamışdı. 

Həmin gün Tviterin sahibi Elon Mask bildirib ki, şirkəti "Meta”nı "Tviterin ticarət sirlərini və əqli mülkiyyətini sistemli, qəsdən və mənimsəmə” ittihamı ilə məhkəməyə vermək niyyətindədir.