Prezident və birinci xanım Mərkəzi Nəbatat Bağında aparılan işlərlə tanış olublar
Gündəm / Siyasət
12-07-2023, 15:26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyulun 12-də Bakıda Mərkəzi Nəbatat Bağının ərazisində aparılan abadlıq, yenidənqurma və tikinti işlərinin gedişi ilə tanış olublar.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.