Türkiyədə irimiqyaslı meşə yanğını başlayıb

Gündəm / Dünya
19-07-2023, 17:23
Türkiyədə irimiqyaslı meşə yanğını başlayıb

Türkiyənin Kütahya şəhərində meşə yanğını başlayıb. 

Yanğını söndürmək üçün Əskişəhərdən yanğınsöndürmə qruplar əraziyə cəlb olunub. 

Həmçinin 2 helikopter də yanğına müdaxilə edir. 

Yanğının miqyası böyük olduğundan vətəndaşlar da yanğınsöndürmə işlərinə qoşulub.