XİN İsveçdə Quranın yandırılmasını pislədi
Gündəm / Siyasət
21-07-2023, 13:30

Azərbaycan Xarici İşlər Nazirliyi İsveçdə Quranın yandırılmasını pisləyir.
Bu barədə XİN-in Tvitter səhifəsində bildirilib.
Azərbaycan XİN İsveç hakimiyyət orqanlarını təqsiri olanlara qarşı bütün lazımi tədbirləri görməyə və bu cür nifrət cinayətlərinin təkrarlanmasının qarşısını almağa çağırıb.