Moskvada ticarət mərkəzində qaynar su borusu partlayıb - Ölənlər var
Gündəm / Dünya
22-07-2023, 20:44

Moskvanın "Vremena Qoda" ticarət mərkəzində qaynar su borusunun partlaması nəticəsində 4 nəfər ölüb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Ölənlərin cəsədləri ticarət mərkəzinin içərisində tapılıb, ümumilikdə 4 nəfər ölüb, 9 nəfər yaralanıb", - məlumatda deyilir.
Moskva meri Sergey Sobyanin xilasetmə işlərinin davam etdirildiyini yazıb.