Sudanda təyyarə qəzası - 11 nəfər öldü
Gündəm / Dünya
24-07-2023, 07:42

Sudanın Port Sudan şəhərinin Beynəlxalq Hava Limanında təyyarə qəzaya uğrayıb.
Bu barədə "Al-Hadath” telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində 11 nəfər həlak olub.
Məlumata görə, hadisə təyyarə havaya qalxdıqdan sonra texniki nasazlıq səbəbindən baş verib.