Ermənistanda hərbi maşın aşdı - Yaralananlar var
Gündəm / Dünya
28-07-2023, 13:15

Ermənistanda iyulun 28-də səhər saatlarında İrəvan-Sevan magistralında hərbi maşın aşıb.
Bu barədə Erməni KİV-ləri məlumat yayıb.
Bildirilir ki, Ermənistan ordusuna məxsus UAZ markalı avtomobil yolun hərəkət hissəsindən çıxıb və aşıb.
Qəza nəticəsində iki nəfər xəsarət alıb, hər ikisi xəstəxanaya aparılıb.