“Bakı Metropoliteni” QSC-də yeni təyinat

Gündəm / Sosial
1-08-2023, 12:38
“Bakı Metropoliteni” QSC-də yeni təyinat

"Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi vəzifəsinə təyinat olub.

Bu vəzifəyə Azad Mustafayev təyin edilib.

O, 2019-cu ildən "Bakı Metropoliteni” QSC-də istismar üzrə baş mühəndisin müavini işləyirdi.

Qeyd edək ki, A.Mustafayev bundan əvvəl "Azərenerji” ASC-də istehsalat-texniki şöbənin rəis müavini, "Azərişıq” ASC Binəqədi rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi vəzifələrində çalışıb.