Gürcüstanın baş naziri sürüşmə baş verən əraziyə getdi

Gündəm / Dünya
4-08-2023, 11:50
Gürcüstanın baş naziri sürüşmə baş verən əraziyə getdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili dünən torpaq sürüşməsinin baş verdiyi Şovi kurortuna gedib.

Xeberekspress.az  "Rustavi 2” telekanalına istinadən xəbər verir ki, axtarışda olan 50 nəfərdən 6-sı tapılıb. İnsanları təxliyə etmək üçün Daxili İşlər Nazirliyinin sərhəd polisinin helikopterlərində təbii fəlakət yerinə xilasedicilər və polis əməkdaşları gəlib.

Hadisə nəticəsində 2 nəfərin meyiti tapılıb.