Kürdəmirdə ağr qəza baş verib, xəsarət alanlar var
Gündəm / Hadisə
4-08-2023, 22:43

Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var.
Hadisə Bakı-Qazax mağistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
"VAZ 2106" markalı maşınla "Renault" markalı maşın toqquşub.
Nəticədə 3 nəfər müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.
Apa