BMT-də əldə etdiyimiz qələbə ümummilli zəfərimizin davamıdır.

Gündəm / Sosial
19-08-2023, 20:00

BMT-də əldə etdiyimiz qələbə ümummilli zəfərimizin davamıdır.

 Birmənalı olaraq qeyd edim ki,avqustun 16-da keçirilən BMT TŞ-nin iclasında Azərbaycan diplomatiyası öz növbəti təntənəli zəfərini qazandı.Bir qədər əvvələ qayıtsaq, deyərdim ki, xalqımızı və dövlətimizi 44 günlük Vətən müharibəsində-ki tarixi qələbəyə gətirən bu şərəfli yolda,torpaqlarımızın işğaldan azad edilməsində Qətiyyətli Ali Baş Komandan

,Prezident İlham Əliyevin illər boyu səbirlə, uzaqgörənliklə və məqsədyönlü şəkildə apardığı müstəqil xarici siyasət kursunun çox böyük rolu olmuşdur.Beləliklə cari ayın 16-da BMT-nin TŞ-da keçirilən iclasda sözün həqiqi mənasında, Azərbaycan diplomatiyası öz növbəti qələbəsini qazanmış oldu.Nəticə o oldu ki, iclasda Qarabağda humanitar böhran, Laçın–Xankəndi yolunun açılması, yəni, faktiki olaraq ölkəmizin şərti sərhəddə qurduğu nəzarət-buraxılış məntəqəsinin əhəmiyyətsizliyinin göstərilməsinə dair hansısa müraciət,qətnamə yaxud bu qəbildən digər sənəd qəbul olunmadı.Belə ki, iclasa qədər olan dönəmdə erməni diasporu Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Ocamponun tam qərəzli və heç-bir faktlara əsaslanmayan hesabatının beynəlxalq ictimaiyyəti ayağa qaldıracağına ümid edir, bu məqsədlə genişmiqyaslı təbliğat kampaniyası aparırdı.Lakin nəticədə məlum oldu ki,
Okamponun bu hesabatının səs-sorağı heç İrəvandan kənara çıxmayıb.BMT-nin TŞ-də məruzəçi dövlətlərin heç biri Okamponun qərəzli hesabatı haqqında bir fikir və ya sözdə olsun demədi.
Əvəzinə isə,Okamponun hesabatına münasibət bildirən beynəlxalq hüquq üzrə aparıcı məsləhətçi və ekspert Rodney Diksonun fikirləri dilə gətirildi.Bir daha TŞ-də müzakirələrdə istənilə
n nəticələrin alınmaması onu göstərdi ki, Ermənistan hökuməti və diaspora arasında ciddi anlaşılmazlıq-lar mövcuddur və get-gedə də bu dərinləşir.Məhz Ermənistanın ikiüzlüyünü,
riyakarlığını təsdiqləyən ən böyük sübut,bu ölkənin 30 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanat-larına açıq-aşkar məhəl qoymadığı halda, indi bu qurumdan yardım diləməsi faktının özüdür.Düşünürəm ki, bu ermənilər üçün adi bir haldır.Lakin bu dəfə də onlar öz çirkin niyyətlərinə nail ola bilmədilər.Qarabağda müvəqqəti mövcud olan separatçı rejimin və Ermənistanın gözləntilərinin əksinə olaraq, keçirilən müzakirələrdə iştirak edən dövlətlər nə xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, nə qondarma "Dağlıq Qarabağ” rejiminin tanınmasından,nə Qarabağ-da yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən, nə də ölümlə nəticələnən aclıq hallarının baş verməsindən bəhs etdilər.Beləliklə cari ilin avqust ayının 16- da BMT-nin TŞ-dakı müzakirələr Dağlıq Qarabağdakı Erməni silahlı qüvvələrinin tərksilah edilməsinin vacibliyini göstərdi,ölkəmizin terror cəhdinin qarşısını almaq məqsədilə həyata keçirdiyi əməliyyatların legitimliyini bir daha təsdiqlədi.
Sonda əminliklə bir daha qeyd etmək istəyirəm ki, BMT-nin TŞ-da əldə etdiyimiz qələbə ümummilli zəfərimizin davamı idi və bu zəfərlər Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da davam edəcəkdir.
 
YAP Saatlı rayonu                 
15 saylı ƏPT-nın sədri
Vüqar Məmmədov