Ərdoğandan çağırış: suya qənaət edin!
Gündəm / Dünya
22-08-2023, 08:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin müxtəlif regionlarında yaranan quraqlıq səbəbindən əhalini suya qənaət etməyə çağırıb.
Bu barədə R.T.Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
"Bütün bəşəriyyəti, o cümlədən Türkiyə vətəndaşlarını sudan istifadədə qənaət etməyə çağırıram", - deyə dövlət başçısı bildirib.