Hindistanda körpü uçdu - Xeyli sayda ölən var

Gündəm / Dünya
23-08-2023, 16:55
Hindistanda körpü uçdu - Xeyli sayda ölən var

Hindistanın şimal-şərqində yerləşən Mizoram ştatında tikilməkdə olan dəmir yolu körpüsü uçub.

Xeberekspress.az xarici mediaya istinadən xəbər verir ki, nəticədə 26 nəfər ölüb, 2 nəfər xəsarət alıb.  

Daha əvvəl 17 nəfərin öldüyü bildirilirdi.

Dağıntının səbəbləri araşdırılır.