"Oğlum əsl kişidir!" - Kadırov
Gündəm / Dünya
26-09-2023, 13:23

Rusiyalı bloger Kseniya Sobçak Çeçenistan rəhbəri Ramzan Kadırovla əlaqə saxlayıb.
Bu barədə bloger "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, Kadırov ona görüntülü zəng edib və söhbətləri 40 dəqiqə çəkib.
Kadırov Sobçaka oğlunun Quranı yandıran Nikita Juraveli istintaq təcridxanasında döyməsindən danışıb və bildirib ki, Adam Kadırov özünü əsl kişi kimi göstərib.