İsrail 17 ildən sonra ilk dəfə M270 sistemlərindən istifadə edib
Gündəm / Dünya
11-10-2023, 11:58

İsrail Müdafiə ordusu Qəzza zolağında HƏMAS-a məxsus obyektlərə zərbələr zamanı 2006-cı ildən bu yana ilk dəfə M270 reaktiv yaylım atəşi sistemlərindən istifadə edib.
Bu barədə məlumatı ordunun Mətbuat xidməti yayıb.
Məlumata görə, atəş zamanı "Lance” tipli uzaqmənzilli yüksəkdəqiqlik raketlərdən istifadə olunub.