Vilayət Eyvazov onu bölmə rəisi TƏYİN ETDİ

Gündəm / Sosial
11-10-2023, 13:57
Vilayət Eyvazov onu bölmə rəisi TƏYİN ETDİ
Daxili işlər orqanlarında yeni təyinat olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Natiq Əliyarov Qazax Rayon Polis Şöbəsinin Daş Salahlı Polis Bölməsinə rəis təyin edilib.

Qeyd edək ki, o, bu təyinatadək Qazax RPŞ-də çalışıb.