Məşhur separatçı Zaporojyedə ÖLDÜRÜLDÜ

Gündəm / Dünya
19-10-2023, 14:42
Məşhur separatçı Zaporojyedə ÖLDÜRÜLDÜ
Ukraynada "Babay” ləqəbi ilə tanınan separatçı Aleksandr Mojayev öldürülüb.

Xeberler.org rus mətbuatına istinadən xəbər verir  ki, 46 yaşlı seperatçı Zaporojye istiqamətində qətlə yetirilib.  

Mojayev 2014-cü ildə Ukraynanın şərqindəki Donetsk və Luqanskda separatçı hərəkat baş qaldıran zaman populyarlıq qazanmışdı. Spesifik görünüşünə görə ona "Babay” ləqəbi verilib. O, Krasnodar diyarında doğulub, kazak ordusuna qatılıb və rus ordusunda xidmət edib.