Nazirlikdən müəllimlərin gələnilki sertifikasiyası xəbərinə REAKSİYA
Gündəm / Sosial
23-10-2023, 10:35

Elm və Təhsil Nazirliyi 2024-cü ildə hansı müəllimlərin sertifikasiya imtahanlarına cəlb olunacağına dair yayılan məlumatlara reaksiya verib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bununla bağlı deyib:
"Ötən gündən başlayaraq müəllimlərin sertifikatlaşdırılmasına dair müxtəlif zonalar üzrə cədvəllər dərc olunur. Bu məlumatların heç bir əsası yoxdur.
Bizim media resurslarımız lazım olan vaxtda bütün məlumatları çatdıracaq”.