Erməni deputat istefa verdi
Gündəm / Dünya
23-10-2023, 13:51

Ermənistan parlamentinin "Hayastan" fraksiyasının üzvü Armen Çarçyan istefa verib.
Xeberekspress.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə deputat özü bildirib.
"Mən mandatımdan gedirəm ki, işimə qayıdım, xalqa faydam olsun", - deyə Çarçyan qeyd edib.