Şuşa klubu Çelenc Kubokunda mübarizəyə başlayır
Gündəm / İdman
25-10-2023, 11:17

Kişi voleybolçulardan ibarət "Xarı Bülbül” komandası bu gün Çelenc Kubokunda mübarizəyə başlayacaq.
Şuşa təmsilçisi 1/32 finalın ilk oyununda Slovakiyanın "TJ Spartak" klubu ilə üz-üzə gələcək.
Bakıdakı Voleybol Mərkəzində reallaşacaq qarşılaşma saat 18:00-da start götürəcək. Qarşılıqlı razılığa əsasən, cavab görüşü də sabah eyni arenada gerçəkləşəcək.