HƏMAS-la danışıqlar olmayacaq - Ben Tsvi
Gündəm / Sosial
30-10-2023, 14:08

İsraillə HƏMAS arasında birbaşa danışıqlar yoxdur və ola da bilməz.
Bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Tsvi deyib.
"Kiminlə danışıqlar masasına əyləşəcəyik? Onlarla nədən danışacağıq? Biz HƏMAS-la danışıqlar masasına otura bilmərik, onlar hər dəfə təkrarlayırlar ki, İsrail dövləti məhv edilməlidir. Danışıqlarlın aparılması üçün iki suala cavab vermək lazımdır: Kiminlə və nədən danışmaq. Əgər bu suallara cavab yoxdursa, deməli, danışıq imkanları da yoxdur”, - səfir bildirib.