"Niva" traktora çırpıldı - Ölən var

Gündəm / Sosial
1-11-2023, 09:56
"Niva" traktora çırpıldı - Ölən var
Noyabrın 1-i saat 05 radələrində Qax şəhəri ərazisində Səbuhi Poladovun idarə etdiyi "Niva” markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çırpılaraq aşıb.

Nəticədə "Niva” markalı avtomobildəki sərnişin, 1975-ci il təvəllüdlü Qax şəhər sakini Qocayev Coşqun Oktay oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib. 


Faktla bağlı cinayət işi başlanılıb.