BQXK jurnalistlər üçün seminar keçirdi

Gündəm / Sosial
4-11-2023, 09:59
BQXK jurnalistlər üçün seminar keçirdi
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) media nümayəndələri üçün seminar keçirib.

Noyabrın 2-3-də baş tutan seminar identifikasiya prosesinin humanitar aspektləri, itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı BQXK-nin mandatı və rolu mövzusuna həsr olunub.

Jurnalistlər həmçinin məhkəmə-tibbi ekspertiza metodologiyaları və itkin düşmüş şəxslərin ailələrinin ehtiyacları haqqında məlumatlandırılıblar.

Seminar zamanı nəzəri məlumatlarla yanaşı, bu istiqamətdə praktiki simulyasiya da keçirilib.