Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilir - CANLI YAYIM

Gündəm / Siyasət
9-11-2023, 10:34
Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilir - CANLI YAYIM

Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilir.

Sammitdə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyə liderləri iştirak edirlər.


08:45

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçiriləcək.

Sammitdə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyə liderlərinin iştirakı gözlənilir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün noyabrın 8-də Özbəkistana səfərə gedib.

Qeyd edək ki, tədbirin keçirilməsi barədə razılıq İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin XİN başçıları Şurasının oktyabrın 10-da Şuşa şəhərində keçirilmiş 27-ci iclasında əldə olunub.