Bakının bu ərazilərində su olmayacaq
Gündəm / Sosial
16-11-2023, 13:42

Bu gün Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Məlumata görə, fasilə su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.