Sərhəddə görüş olacaq - Tarix açıqlandı

Gündəm / Sosial
23-11-2023, 18:25
Sərhəddə görüş olacaq - Tarix açıqlandı
Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclasının keçiriləcəyini təsdiqləyib.

XİN-in bu məsələ ilə bağlı yaydığı məlumatda deyilir: 

"Əldə olunan razılaşmaya əsasən, noyabrın 30-da Azərbaycanla Ermənistan arasında sərhəd bölgəsində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti 5-ci iclası keçiriləcək”.

Xatırladaq ki, Ermənistan XİN noyabrın 30-u delimitasiya komitəsinin görüşünün keçiriləcəyi barədə məlumat yaymışdı.