Şehid Elxan Hüseynovun lll-cü il dönümüdür - VİDEO

Gündəm / Sosial
14-12-2023, 10:27


Qarabağın azadlığı uğrunda Azərbaycan ordusu sıralarında əməliyyatların ilk günlərindən döyüşlərə qatılan cəsur kəşfiyyatçı Elxan Hüseynov hamımızın mavi ekranlardan dönə-dönə izlədiyimiz Xudafərin körpüsünə üç rəngli bayrağımızı sancıb cənab Ali Baş Komandan İlham Əliyevə məruzə edən qrupun üzvülərindən biri olub, Füzulidən Şuşaya qədər şanlı döyüş yolu keçib, Zəfərə sayılı günlər qala - 6 noyabrda düşmən gülləsinə tuş gələrək yaralanıb. Onu döyüş meydanından təxliyə edən təcili yardım maşını isə minaya düşüb. Yenidən yaralanan Elxanı tapanda onun şəhid olduğunu düşünüblər. İki dəfə əməliyyat olunmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı, Elxan uzun müddət komada qaldıqdan sonra 13 dekabr şəhidlik zirvəsinə ucaldı .Və Şəhid Elxan Hüseynovun lll-cü il dönümü ilə bağlı XeberEkspress.az sayt öz növbəsində Biləsuvar Rayonunda çəkiliş etdi .
 
Allah rəhmət eləsin!