Tolik OD PÜSKÜRDÜ: "Bəzi müğənnilər yiyəsizdilər"

Gündəm / Mədəniyyət
16-12-2023, 11:30
Tolik OD PÜSKÜRDÜ: "Bəzi müğənnilər yiyəsizdilər"
"Bəzi müğənnilər var ki, onlar televiziyaya çıxanda elə bil ki, yiyəsizdilər".

Bu sözləri teleaparıcı Tolik (Tarix Əliyev) "Tarixin bir günü" verilişində deyib.

Tolik müğənnilərin sirlərinin üstünü açıb: "Bir saat içərisində hər şeyi unudurlar. Ağızlarına nə gəldi, danışırlar. "Kəbleyi" belə getdi, elə gəldi. Mən fikirləşirəm ki, bunların qohum - əqrəbası bunlara nə deyirlər? Onlar küçəyə çıxanda, necə baxırlar?"