Ermənistan KTMT-nin bugünkü Moskva iclasına getməyəcək

Gündəm / Dünya
19-12-2023, 09:27
Ermənistan KTMT-nin bugünkü Moskva iclasına getməyəcək
Rəsmi İrəvan MDB ölkələri hökumət başçılarının ötən gün Moskvada keçirilən iclasında baş nazirin müavini səviyyəsində iştirak etsə də, dekabrın 19-da Rusiya paytaxtında KTMT Parlament Assambleyasının növbəti sessiyasına qatılmayacaq.

Məlumatı parlamentdən "Azatutyun” təsdiqləyiblər.

Bildirilib ki, təkcə parlament sədri deyil, hər hansı nümayəndə heyəti də Moskvaya getməyəcək. 

Alen Simonyan bir qədər əvvəl bildirmişdi ki, buna səbəb İrəvanın KTMT-dən narazılığıdır.