Bu MMC-yə 1 milyon kredit ayrıldı - Nazir açıqladı

Gündəm / İqtisadiyyat
25-01-2024, 15:10
Bu MMC-yə 1 milyon kredit ayrıldı - Nazir açıqladı
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondundan "Artpak" MMC-nin qablaşdırma və etiket istehsalının inkişafı layihəsi üçün 1 milyon manat məbləğində güzəştli kredit ayrılıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında bildirib.

"Layihə üzrə illik 1 500 tondan çox məhsulun istehsalı nəzərdə tutulub", - nazir qeyd edib.