Saat 10:00-a olan seçici fəallığı açıqlandı

Gündəm / Siyasət
7-02-2024, 11:32
 
Saat 10:00-a olan seçici fəallığı açıqlandı

Azərbaycanda növbədənkənar prezident seçkilərində seçici fəallığının saat 10:00-a olan nəticələri məlum olub.

Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

O bildirib ki, növbədənkənar prezident seçkilərində respublika üzrə seçici fəallığı 19,44 faizdir. Ümumilikdə 1.259.371 nəfər səs verib.