Zakir Fərəcov səs verdi (FOTO)

Gündəm / Sosial
7-02-2024, 10:30
 

Xeberekspress.az  xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 45 saylı Sumqayıt dördüncü seçki dairəsinin 7 saylı məntəqəsində səs verib.

Bu seçki məntəqəsində də yüksək seçici fəallığı müşahidə olunub.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Bildirək ki, Sumqayıt şəhərində 6 dairə və 210 məntəqədə 278 240 seçici səsvermə hüququndan yararlanacaq.