İlham Əliyev Portuqaliya Prezidentini COP29-a dəvət edib

Gündəm / Siyasət
17-04-2024, 12:04
İlham Əliyev Portuqaliya Prezidentini COP29-a dəvət edib
Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselo Rebelo de Sousanı noyabrda Bakıda keçiriləcək COP29-a dəvət edib.

Tədbirə dəvəti Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov Marselo Rebelo de Sousa ilə görüşdə çatdırıb.

Qeyd edək ki, İ.Muxtarov Portuqaliya prezidentinə etimadnaməsini təqdim edib.