Tərtərdə mina partladı - Ölən var

Gündəm / Hadisə
21-05-2024, 16:45
Tərtərdə mina partladı - Ölən var
Tərtər rayonunda mina partlayışı baş verib.

"Hadisə bu gün Həsənqaya kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.