Türk dünyasının gücləndirilməsi Türk Dövlətləri Təşkilatını böyük güc mərkəzinə çevirəcək - Prezident

Gündəm / Siyasət
6-06-2024, 20:44
Türk dünyasının gücləndirilməsi Türk Dövlətləri Təşkilatını böyük güc mərkəzinə çevirəcək - Prezident
Türk dünyasının gücləndirilməsi, birləşməsi Türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirəcək.

Bu fikri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə səsləndirib.

Dövlətimizin başçısı deyib ki, mövcud olan güc mərkəzləri böhran içindədir. Hərəsinin öz böhran çərçivələri var. Bizim isə əksinə, potensialımız gündən-günə çiçəklənir.