İlham Əliyev onlara “general-mayor” rütbəsi verdi
Gündəm / Siyasət
17-08-2024, 12:11

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına "general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına "general-mayor” ali hərbi rütbəsi verilib:
polkovnik Bəhmən Rza oğlu Babayev
polkovnik Əyyub Vəli oğlu Məmmədov
polkovnik Nəsib Tahir oğlu Mirzəyev.