Bakı-Qazax yolunda hadisə: maşın və ağaclar yandı

Gündəm / Hadisə
26-08-2024, 22:32
Bakı-Qazax yolunda hadisə: maşın və ağaclar yandı
Goranboy rayonunda (Bakı-Qazax avtomobil yolunun 317-ci kilometrliyi) "Hunday” markalı minik avtomobilinin yanar hissələri, yaxınlıqda 30 m² sahədə kol-kos və 30 ədəd ağac yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.