Mehriban Əliyevadan Lamiyəyə növbəti təbrik

Gündəm / İdman
7-09-2024, 13:46
Mehriban Əliyevadan Lamiyəyə növbəti təbrik
Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının çempionu Lamiyə Vəliyeva ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Paris-2024” Yay Paralimpiya Oyunlarında dünya rekordunu yeniləmiş qızıl mükafatçımız Lamiyə Vəliyevanın növbəti qələbəsi! Gümüş medal! Azərbaycanı layiqincə təmsil edən idmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji və yeni qələbələr arzulayıram!"
Mehriban Əliyevadan Lamiyəyə növbəti təbrik