“Ferrari”nin rəhbəri: Lekler və Saynsla Bakıda hər şeyi mükəmməl yerinə yetirməyi hədəfləyəcəyik
Gündəm / İdman
12-09-2024, 14:06

Şarl Lekler və Karlos Saynsla Bakıda hər şeyi mükəmməl şəkildə yerinə yetirməyi hədəfləyəcəyik.
Bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Ferrari” komandasının rəhbəri Frederik Vasseu Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.
O, İtaliya təmsilçisinin Bakıda hər zaman rəqabət apara bildiyini söyləyib:
"Biz yaxşı iş görmək istəyirik. İlk olaraq diqqətimizi özümüzə yönəltməyimiz vacibdir. Montsadakı qələbədən sonra əhval-ruhiyyə yüksəkdir. Hazırda bu formanı qoruyub saxlamaqda qərarlıyıq".
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında təşkil olunacaq. "Ferrari" pilotu Şarl Lekler Bakıdakı yarışdan əvvəl İtaliya Qran-prisinin qalibi olub.