Bakıda körpüdə 2 maşın yandı - Foto
Gündəm / Hadisə
19-09-2024, 18:02

Bu gün Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində körpünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəz xəbər verir ki, qəza nəticəsində hər iki avtomobildə yanğın olub.
Bu səbəbdən 4-cü mikrorayon istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.
