Türkiyə və Ermənistanın XİN rəhbərləri görüşdü

Gündəm / Siyasət
18-10-2024, 17:36
Türkiyə və Ermənistanın XİN rəhbərləri görüşdü
Türkiyə və Ermənistanın xarici işlər nazirləri Hakan Fidanla Ararat Mirzoyan arasında görüş keçirilib.

Görüş İstanbulda "3+3” regional platformasının üçüncü iclası çərçivəsində baş tutub. 

Nazirlər ikitərəfli əlaqələr, eləcə də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.