Balakəndə ev külə DÖNDÜ

Gündəm / Hadisə
20-11-2024, 20:00
Balakəndə ev külə DÖNDÜ
Balakəndə yaşayış evi yanıb.

Yanğın Balakən şəhərinin Rəşid Behbudov küçəsində baş verib. Yanğın yerinə Balakən Rayon Yanğından Mühafizə Hissəsinin  texnikaları cəlb olunub. Yanğın zamanı 1984-cü il təvəllüdlü Xanlayev Çingiz Fəxrəddin oğluna məxsus 
ümumi sahəsi 96 kvadratmetr olan yaşayış evi içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.