İdmançımız Gürcüstanda gümüş medal qazanıb
Gündəm / İdman
24-12-2024, 14:44

Azərbaycan kikboksçusu Ümid Bağırov beynəlxalq turnirdə mükafat qazanıb.
Xeberekspress.az xəbər verir ki, idmançımız Gürcüstanın Qardabani şəhərində keçirilmiş yarışda kikboksinqin K1 versiyası üzrə gümüş medala sahib olub.
Turnirdə Türkiyə, Gürcüstan, Ermənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Rusiya, Ukrayna, Moldova, Belarus, İran, Bolqarıstan və Rumıniya idmançıları da mübarizə aparıblar.