Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
Gündəm / Siyasət
29-01-2025, 08:59

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Ankara şəhərinə işgüzar səfər üçün yola düşüb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində nazir C.Bayramovun Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxışı, həmçinin bir sıra yüksək səviyyəli ikitərəfli görüşləri planlaşdırılır.