Region Liqasında yeni mövsümün başlayacağı tarix açıqlanıb

Gündəm / İdman
28-02-2025, 13:08
Region Liqasında yeni mövsümün başlayacağı tarix açıqlanıb
AFFA Region Liqasında yeni mövsümün başlayacağı tarix bəlli olub.

Bu barədə "Report"a milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.

Turnirdə ilk oyunlar martın 8-9-da keçiriləcək.

Martın 4-də yarışın yeni mövsümünün püşkü atılacaq. Tədbir saat 14:00-da AFFA-nın inzibati binasında təşkil olunacaq.