Azərbaycan-NATO əlaqələri müzakirə olunub

Gündəm / Siyasət
17-06-2025, 20:00
Azərbaycan-NATO əlaqələri müzakirə olunub

Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə yeni təyin olunan türkiyəli həmkarı Basat Öztürklə görüşüb.
Bu barədə C.Hüseynzadə "X" hesabında paylaşım edib.
O qeyd edib ki, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər, regional mövzular və Azərbaycan-NATO əlaqələri müzakirə edilib.