Silahlı Qüvvələr Gününə həsr olunan kütləvi qaçış yarışı keçiriləcək

Gündəm / Sosial
25-06-2025, 17:35
Silahlı Qüvvələr Gününə həsr olunan kütləvi qaçış yarışı keçiriləcək

İyunun 26-da Dənizkənarı Milli Parkda 10 km məsafəyə kütləvi qaçış yarışı keçiriləcək.

Bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Silahlı Qüvvələr Gününə həsr olunan turnirə saat 7:00-da "Yeddi gözəl" fəvvarəsinin yaxınlığında start veriləcək.