Rusiyada çimərliyə ildırım düşüb, üç nəfər ölüb
Gündəm / Sosial
14-07-2025, 15:57

Rusiyanın Tula vilayətində çimərlikdə istirahət edənlər ildırım vurması nəticəsində həlak olublar.
Bu barədə yerli KİV Rusiya İstintaq Komitəsinə istinadən məlumat yayıb.
İlkin məlumata görə, 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Hadisənin təfərrüatları araşdırılır.