İraqda neft yatağında partlayış olub

Gündəm / Sosial
15-07-2025, 11:32
İraqda neft yatağında partlayış olub

İraqın Dahuk əyalətinin şimal hissəsində yerləşən “Atruş” neft yatağında partlayış baş verib.


Bu barədə “Report” yerli KİV-ə istinadən xəbər verir.


Bildirilib ki, obyektin işçiləri və mülki müdafiə bölmələri yanğını söndürməyə çalışırlar. Obyektdə neft hasilatı dayandırılıb.


İlkin məlumatlara görə, hadisə nəticəsində ölən olmayıb.


Sözügedən yataq ABŞ-nin “HKN Energy” şirkəti tərəfindən idarə olunur.